widgets

   
  azerbaycancografiyasi
  Orta Araz vilayəti
 
Hər tərəfdən xarici ölkələrlə əhatələnmiş bu vilayət Araz çayı ilə Dərələyəz və Zəngəzur silsilələri arasındadır. Ərazi 600-3900 m arasında yerləşir. Geomorfoloji vahidləri. Dərələyəz və Zəngəzur silsilələri, Arazboyu (Şərur, Sədərək, Böyük düz, Ordubad, Yaycı) düzənliklər. Dağlar vulkanik, düzənliklər çökmə süxurlardan ibarətdir. Sədərək qalxması və Dərələyəzdə ən qədim süxurlar üzə çıxır. Qapıcıq dağı ətrafında 9 ballıq zəlzələlər olur. Zirvələri. Qapıcıq (3906 m), Küküdağ, Ilandağ, Biçənək aşırımı Faydalı qazıntıları. Gümüşlü polimetal yatağı, Parağacayda molibden, daş-duz (Nehrəmdə), sürmə, civə, mərgümüş, volfram, mərmər, kobalt, titan, gips, tuf. Mineral bulaqları.- çox olduğundan Naxçıvanı mineral bulaqlar muzeyi adlandırırlar. (Badamlı, Vayxır, Sirab). Iqlimi. Kəskin kontinentaldır. Düzənlikdə soyuq, qış və quraq yayı olan yarımsəhra; dağlarda qışı soyuq, yayı quraq keçən soyuq iqlim hakimdir. Vilayət quraq olduğundan burada suvarma əkinçiliyi inkişaf edib. Günəşli saatların miqdarı çoxdur. Ən aşağı temperatur -33° C və ən yüksək temperatur isə +44°C-dir. Çayları seyrək və palçıqlı sellidir. Araz, Arpa, Naxçıvançay, Gilan, Ordubadçay, Əincəçay və s. Gölləri 20-yə yaxındır: Batabat, Qanlı, Göygöl və s. Su anbarları: Araz su qovşağı, Arpaçay. Buzlaq Qapıcıq zirvəsində yayılıb. Torpaqları boz-çəmən, şabalıdı, qəhvəyi, şoran. Landşaft. Vilayət quraq olduğundan meşələr tala şəklindədir və vilayətin canlılar aləmi kasıbdır. Dağ meşələrinin əvəzinə vilayətdə kserofit bitkilərdən ibarət dağ çölləri geniş yer tutur. Düzənlikdə yarımsəhra, 3000-dan artıq hündürlükdə isə dağ çəmənləri yayılıb. Vilayətdə 2 fiziki-coğrafi rayondan ibarətdir. 1. Şərur — Ordubad rayonu; 2. Naxçıvan dağlıq rayonu (və ya Cünnüt-Qapıcıq).
 
  Bugün 1 ziyaretçi (1 klik) kişi burdaydı!  
 
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
Get 4Shared Premium!