widgets

   
  azerbaycancografiyasi
  Naxçıvan iqtisadi rayonu
 
Region 7 rayondan — Babək, Şərur, Sədərək, Culfa, Ordubad, Kəngərli və Şahbuz kənd rayonlarından və 3 Muxtar Respublika tabeli şəhərdən — Naxçıvan, Ordubad və Culfadan ibarətdir. 1924-cü ildə yaradılan Naxçıvan MR-si şimaldan və şərqdən Ermənistan, cənubdan Iran və Türkiyə ilə həmsərhəddir. Naxçıvanı Azərbaycanın əsas hissəsindən 48 km-lik məsafədə Ermənistan ayırır. Hazırda Azərbaycan Naxçıvanla yalnız hava yolu və ya Irandan keçməklə avtomobil yolu ilə əlaqə saxlayır. Azərbaycandan Naxçıvana elektrik enerjisi vermək mümkün olmadığıdan Irandan enerji və qaz, Türkiyədən enerji alınır. Sədərəkdə Araz çayı üzərində salınan körpü Türkiyə ilə ticarət etməyə imkan verir. Araz çayı üzərində Iranla müştərək Araz su qovşağı SES-i, həmçinin Arpaçay və Sirab S.E.S-ləri tikilib. Naxçıvanın şimalı Zəngəzur və Dərələyəz dağlarından, cənubi isə Arazboyu düzənliklərdən ibarətdir. Meşə örtüyü çox seyrəkdir. Faydalı qazıntıları. Gümüşlüdə polimetal, qurğuşun və sink; Parağacayda molibden; Nehrəmdə daş, duz; digər ərazilərdə dolomit, mərmər, travertin çıxarılır. Naxçıvanda 200-dan artıq mineral bulaq olduğundan buranı mineral bulaqlar muzeyi adlandırırlar. Bu bulaqlardan ən məşhuru Badamlı, Sirab və Vayxırdır. Sənayesi. Naxçıvanda zəngin aqroiqlim, hidroenerji və mineral ehtiyatlar təsərrüfatın inkişafına müsbət təsir göstərsə də, yüksək dağlıq relyefin üstünlüyü, su ehtiyatlarının çatışmaması, qışın soyuq, yayın isə quraq keçməsi təsərrüfatın inkişafına mənfi təsir göstərir. Naxçıvanın sənaye məhsulunun 75%-i yeyinti sənayesi verir. Bu sənaye mineral sudoldurma, şərabçılıq, meyvə-tərəvəz konservi, süd, pendir zavodlarından, ət kombinatı, unüyütmə və çörəkbişirmə müəssisələrindən ibarətdir. Bundan başqa müxtəlif tikinti materialları, metal, qab-qacaq və şüşə butulka, xalça, çörək, trikotaj və tikili mallar istehsal olunur. K/t. Naxçıvan quru, kəskin kontinental iqlimə malik olduğundan əkinçilik süni suvarma şəraitində inkişaf edib. Burada taxıl, üzüm, son illər isə xına, basma, şəkər çuğunduru əkilir. Çəyirdəkli (ərik, şaftalı) meyvə yığımına görə Naxçıvan l-ci, tütün yığımına görə isə Şəki-Zaqatala iqtisadi rayonundan sonra 2-ci yeri tutur. Heyvandarlıq. Düzənliklərdə ətlik-südlük maldarlıq, dağlıq zonada isə ətlik-yunluq və südlük-qoyunçuluq inkişaf edib. Naxçıvanda çəkisinin böyüklüyünə görə fərqlənən «Balbas» qoyun cinsi yetişdirilir. Ordubadda baramaçılıq inkişaf edib. Regionun ən iri şəhərləri Naxçıvan və Ordubaddır. Ordubadda çoxlu tarixi abidələr olduğundan o, 1977-ci ildən qoruq-şəhər elan olunub.
 
  Bugün 1 ziyaretçi (8 klik) kişi burdaydı!  
 
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
Get 4Shared Premium!