widgets

   
  azerbaycancografiyasi
  Landşaft
 
Landşaft — coğrafi təbəqənin eyni cinsli sahəsidir. Landşaft vahidləri sinif → yarımsinif → tip →yarımtip → növ ardıcıllığı ilə təsnif olunur, Düzənlikdə üfüqi, dağlarda isə şaquli zonallığa uyğun olaraq dəyişir. Düzənlikdən hündürlüyə doğru yarımsəhra → quru çöl → dağ meşələri → subalp və alp dağ çəmənlikləri → subnival və nival komplekslər bir birini əvəz edir. Bəzən landşaftların növbələşməsi bütün dağlarda eyni olmur. Hündürlük artdıqca dağ landşaftları aşağıdakı kimi dəyişir: landşaft qurşaqlarının daha çox yayıldığı Böyük və Kiçik Qafqaz dağlarında; dağ çölləri → dağ meşələri →dağ çəmənləri → qayalıq — nival (cəmi 4 dənə). Talış dağlarında isə hündürlüyə doğru yağıntı azaldığından azonallıq (zonallığın əksi) var. Belə ki, burada dağ meşələrindən sonra dağ çəmənləri əvəzinə dağ kserofit kolluqları (çölləri) yayılıb. Naxçıvanda isə iqlim kəskin kontinental olduğundan dağ meşələri yoxdur. Burada yarımsəhra → dağ çölləri → dağ çəmənləri → subnival və nival landşaft qurşaqları mövcuddur. Dağ landşaftlarının xarakteristikası: 1. Subnival və nival landşaft yüksək dağ zirvələrində dağ tundra iqlimində yaranıb. Torpaq yoxdur. Buzlaq mənşəli təknəvari dərələr, morenlər, karlar,sirklər səciyyəvidir. Böyük və Kiçik Qafqazın yüksək dağlığı üçün səciyyəvidir. 2. Dağ çəmənləri Böyük və Kiçik Qafqazın 1800-3000 m hündürlüyündə yayılıb. Iki hissəyə ayrılır: a) Daha aşağıda yerləşən subalp çəmənlikləri. Buradakı otların hündürlüyü daha çox (1-1,5 m) olub, biçənək şəklində istifadə olunur; b) Daha hündürdə yerləşən alp çəmənləri. Buradakı otların hündürlüyü az olduğundan yay otlaqları kimi istifadə olunur. Heyvanların normadan artıq otarılması, bu çəmənliklərdə torpaq eroziyasına, yamacların çılpaqlaşmasına və otlaqların keyfiyyətdən düşməsinə səbəb olur. 3. Dağ meşələri orta dağlıq sahələrini əhatə edir. Meşədə hündürlüyə qalxdıqca palıd → vələs →fıstıq ağacları bir-birini əvəz edir. Mülayim-isti və soyuq iqlim tipində formalaşan bu meşələrin altında qonur və qəhvəyi meşə torpaqları yayılıb. Talış meşələri isə sarı torpaqlar üzərində yayılmış rütubətli subtroplk meşələrdən ibarətdir. Azərbaycanda talalar şəklində yayılan iynəyarpaqlı meşələr tam zonallıq əmələ gətirə bilmir. 4. Dağ çölləri Talış və Kiçik Qafqazın dağ ətəklərini, Acınohur-Ceyrançölü əhatə edir. Ərazidə yayılmış qəhvəyi- şabalıdı və qara torpaqlardan dəmyə əkinçiliyində və bağçılıqda istifadə olunur. Qobustan, Acınohur-Ceyrançöl və Naxçıvanın dağ çölləri dağ yarımsəhraları ilə əvəz olunub. Bu ərazilər kəskin parçalanmış arid-denudasiya relyefi, kontinental quru çöl və yarımsəhra iqlimi, zəif səth axını və seyrək ot örtüyü ilə fərqlənir. Əsasən qış otlaqları kimi istifadə olunur. Düzənlik landşaftı 2 yarımtipə ayrılır: a) Yarımsəhra landşaftı — Lənkəran ovalığından başqa bütün düzənliklərdə — Kür-Araz, Samur-Dəvəçi, Abşeron və Naxçıvanın Arazboyu düzənliklərinin boz, boz-qonur, boz-çəmən və şoran torpaqları üzərində formalaşıb. Suvarma şəraitində pambıq, taxıl, üzüm, quru subtropik meyvə becərilir. Qış otlağı kimi istifadə edilir. b) Düzənliklərin quru çölləri Böyük və Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının qovuşduğu ərazilərdə açıq şabalıdı torpaqlar üzərində formalaşıb. Efemer bitkilər geniş yayılıb. Taxıl, üzüm və bağçılıq üçün yararlıdır. Introzonal landşaftlar düzənliklər üçün səciyyəvidir. Qanıx-Əyriçayda, Şollar düzündə, Lənkəran ovalığında və Kürboyu düzənliklərdə tuqay meşələri, meşə-çəmənlər, çəmən və bataqlıqlar yaranır. Bu landşaftların yaranmasına başlıca səbəb qrunt sularının səthə yaxın olması və ərazidən axan çayların təsiri ilə çay yataqları boyunca yerləşmiş torpaqların nəmliyinin artmasıdır. Ən böyük tuqay meşələri Kür sahillərində olmuşdur. Lakin insanın təsərrüfat fəaliyyəti nəticəsində onların çoxu qırılmışdır. Kür-Araz ovalığında qərbdən-şərqə doğru getdikcə iqlimin aridliyi artır və antropogen təsir güclənir. Min illər boyu cüzi dəyişən landşaft son illər güclü antropogen (insan) təsirə məruz qalıb. Düzənliklərdəki kanal, bənd, kollektor və su anbarları antropogen landşaftlardır. Landşaft Abşeron, Lənkəran, Samur-Dəvəçi, Şollar, Kür-Araz daha çox, Böyük və Kiçik Qafqazın yüksək dağlığı və Qobustan daha az dəyişdirilmişdir. Xəzərin sahilindəki Nabran-Yalama, Abşeronun şimal sahilləri, Lənkəran zonası ən böyük rekreasiya (istirahət) ehtiyatlarına malikdir.
 
  Bugün 1 ziyaretçi (2 klik) kişi burdaydı!  
 
Get 4Shared Premium! Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol