widgets

   
  azerbaycancografiyasi
  Lənkəran vilayəti
 
Iranla həmsərhəd olan bu vilayət Azərbaycanın cənub-şərq qurtaracağındadır. Relyefinə görə vilayət iki hissədən ibarətdir: Lənkəran ovalığı və Talış dağları. Lənkəran ovalığı Kaynozoyun IV dövrünün çay və dəniz çöküntülərindən, Talış dağları isə III dövrün çökmə və vulkanik süxurlarından ibarətdir. Geomorfoloji vahidləri — Burovar, Peştəsər və Talış silsilələri, Lənkəran ovalığı. Zirvələri — Gömürgöy (2977 m), Qızyurdu (2433 m). Faydalı qazıntıları — Tikinti materialları və mineral bulaqlar — Qotursu, Donuzütən, Astara, Ərkivan, Aşağı Ağkörpü, Zərinqala və s. Vilayətdə filiz və yanar faydalı qazıntılar yoxdur. Iqlimi — yayı quraq keçən mülayim-istidir. Hündür dağlarda çöl iqlimi hakimdir. Vilayət rütubətli subtropik qurşaqda yerləşdiyindən çay şəbəkəsi sıxdır. Azərbaycanın ən rütubətli ərazisidir. Böyük və Kiçik Qafqazdan fərqli olaraq Talış dağlarında hündürlük artdıqca yağıntı azaldığından burada şaquli zonallıq pozulur. Yəni dağ meşələrindən sonra dağ çəmənlərinin yerinə dağ kserofit bitkilərindən ibarət çöl zonası yaranır. Çayları yağış və yeraltı sularla qidalanıb birbaşa Xəzərə tökülür. Astaraçay, Lənkərançay, Viləşçay, Bolqarçay. Torpaqları sarı və münbitdir. Rütubətli subtropik (sitrus) əkinçilik inkişaf edib. Lakin vilayətdə yağıntı ilin soyuq dövründə düşdüyündən suvarma tətbiq olunur. Vilayətdə Xanbulan su anbarı var. Landşaft — meşələr, kserofit bitkilərdən ibarət dağ çölləri, antropogen landşaft. Vilayət endemik və relikt bitkilərlə zəngindir. Vilayətdə yarımsəhra və nival-buzlaq landşaftı yoxdur. ı — Hirkan (endemik və relikt bitkilər qorunur). Vilayətin 2 fiziki-coğrafi rayonu var — Lənkəran ovalığı rayonu və Talış dağları rayonu.
 
  Bugün 1 ziyaretçi (4 klik) kişi burdaydı!  
 
Get 4Shared Premium! Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol