widgets

   
  azerbaycancografiyasi
  Azərbaycanın iqtisadi-coğrafi rayonlaşması
 
1930-cu ildə Azərbaycanda qəza bölgüsü ləğv edildi və indiyədək mövcud olan rayon inzibati ərazi bölgüsünə keçildi. Hazırda Azərbaycanda 66 kənd rayonu və 13 şəhər rayonu (bunun 11-i Bakıda, 2-si isə Gəncədədir) var. Təbii şəraitinə görə Azərbaycan 5 təbii fiziki-coğrafi vilayətdən, təsərrüfat xüsusiyyətinə görə isə 10 iqtisadi rayondan ibarətdir. Lənkəran, Naxçıvan və Aran (və ya Kür-Aran) fiziki-coğrafi vilayətləri eyni adlı iqtisadi rayonları yaradır. Böyük Qafqaz vilayəti daxilində — 4, Kiçik Qafqaz vilayəti daxilində isə — 3 iqtisadi rayon yerləşib. 1. Sahəsi böyük olan: Aran, Gəncə-Qazax; 2. Rusiya ilə həmsərhəd olan: Quba-Xaçmaz, Şəki-Zaqatala; 3. Gürcüstan ilə həmsərhəd olan: Şəki-Zaqatala, Gəncə-Qazax; 4. Ermənistan ilə həmsərhəd olan: Gəncə-Qazax, Kəlbəcər-Laçın, Naxçıvan; 5. Türkiyə ilə həmsərhəd olan: Naxçıvan; 6. Iran ilə həmsərhəd olan: Naxçıvan, Kəlbəcər-Laçın, Aran, Lənkəran-Astara; 7. Xəzər ilə həmsərhəd olan: Quba-Xaçmaz, Abşeron, Aran, Lənkəran-Astara; 8. Respublika tabeli şəhərləri olan — Aran-3 (Mingəçevir, Yevlax, Şirvan (Əli-Bayramlı), Abşeron-2 (Bakı, Sumqayıt), Gəncə-Qazax-2 (Gəncə, Naftalan), Yuxarı Qarabağ-2 (Şuşa, Xankəndi), Şəki-Zaqatala-1 (Şəki), Lənkəran-Astara-1 (Lənkəran); 9. Respublika tabeli şəhəri olmayan iqtisadi rayonlar — Dağlıq Şirvan, Quba-Xaçmaz, Kəlbəcər-Laçın; 10. Erməni təcavüzünə məruz qalmış iqtisadi rayonlar-Yuxarı Qarabağ, Kəlbəcər-Laçın, Gəncə-Qazax; 11. Əhalisi çox olan — Abşeron, Gəncə-Qazax, Aran; 12. Əhalisi az olan — Dağlıq Şirvan, Kəlbəcər-Laçın, Naxçıvan; 13. Şəhər əhalisi çox olan — Abşeron, Gəncə-Qazax; 14. Kənd əhalisi çox olan — Kəlbəcər-Laçın, Dağlıq Şirvan; 15. Sahəsi intensiv mənimsənilmiş rayon -Abşeron, Lənkəran-Astara, Gəncə-Qazax; 16. Sənayesi güclü inkişaf etmiş rayonlar — Abşeron, Aran, Gəncə-Qazax; 17. Neft-qaz hasil olunan iqtisadi rayonlar — Abşeron, Aran, Quba-Xaçmaz; 18. Ən çox enerji istehsal edən rayon — Aran, Abşeron, Gəncə-Qazax; 19. Polimetal filizi olan iqtisadi rayonlar — Yuxarı Qarabağ, Şəki-Zaqatala, Naxçıvan; 20. Filiz yatağı olmayan iqtisadi rayonlar — Quba-Xaçmaz, Aran, Abşeron, Lənkəran-Astara, Dağlıq Şirvan; 21. Əlvan metallurgiyası inkişaf etmiş rayonlar-Abşeron, Gəncə-Qazax, Naxçıvan; 22. Əlvan metallurgiyası gələcəkdə inkişaf edə biləcək rayonlar — Şəki-Zaqatala, Kəlbəcər-Laçın, Yuxarı Qarabağ; 23. Qara metallurgiyası inkişaf etmiş rayonlar — Abşeron, Gəncə-Qazax; 24. Balıq sənayesi inkişaf etmiş rayonlar — Abşeron, Quba-Xaçmaz, Lənkəran-Astara, Aran; 25. Mineral suyu olan rayonlar — Naxçıvan, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın; 26. Meşə ehtiyatı bol olan — Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran-Astara; 27. Meşə ehtiyatı olmayan — Abşeron, Aran, Naxçıvan; 28. Mineral tikinti xammalı olan — Abşeron, Aran, Gəncə-Qazax; 29. Yüngül və yeyinti sənayesi bütün rayonlarda inkişaf edib; 30. Pambıqçılıq — Aran; qismən Gəncə-Qazax və Yuxarı Qarabağ 31. Tütünçülük — Şəki-Zaqatala, Naxçıvan; 32. Tərəvəzçilik — Lənkəran-Astara (faraş), Quba-Xaçmaz (gecyetişən), Aran; 33. Bostançılıq — Aran, Lənkəran-Astara; 34. Çayçılıq — Lənkəran-Astara, Şəki-Zaqatala; 35. Meyvəçilik — Quba-Xaçmaz (tumlu), Şəki-Zaqatala (qərzəkli), Naxçıvan (çəyirdəkli), Lənkəran-Astara (sitrus), Aran və Abşeron (quru subtropik); 36. Üzümçülük — Gəncə-Qazax, Dağlıq Şirvan; 37. Suvarma əkinçilik — Aran, Lənkəran-Astara, Quba-Xaçmaz; 38. Əkinçiliyə nisbətən heyvandarlığı daha güclü inkişaf etmiş Dağlıq Şirvan, Kəlbəcər-Laçın. 39. Nəqliyyat şəbəkəsi sıx olan — Abşeron, Aran.
 
  Bugün 1 ziyaretçi (7 klik) kişi burdaydı!  
 
Get 4Shared Premium! Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol