widgets

   
  azerbaycancografiyasi
  Azərbaycanın iqtisadi-coğrafi mövqeyi
 
Azərbaycanda 66 rayon, 70 şəhər, 192 şəhər tipli qəsəbə, 4242 kənd var. Son illərdə Azərbaycanda Xızı, Qobustan, Siyəzən, Samux, Sədərək, Ağstafa, Kəngərli rayonları yaradılıb. Ərazimizin 65%-nin iqlimi subtropik, 33%-ininki isə mülayimdir. Azərbaycanda qışın mülayim keçməsi — əhalinin yanacağa və isti paltara çəkilən xərclərini azaldır, ilboyu mal-qaranın təbii otlarla qidalanmasına, ildə iki dəfə məhsul götürməyə imkan verir. Azərbaycan Ermənistandan başqa digər 4 qonşu ölkə ilə və Iran ərazisindən keçməklə Naxçıvanla iqtisadi əlaqələr yaradır. Avropa və Asiya ölkələrinə göndərilən yüklərin xeyli hissəsi Bakı-Türkmənbaşı gəmi-bərə xətti ilə daşınır. Xəzər dənizindəki Azərbaycan gəmiləri Volqa-Don və Volqa-Baltik kanalları vasitəsilə dünya okeanına çıxır. «Böyül Ipək yolunun» — Avrasiya (Transqafqaz) nəqliyyat dəhlizinin-bərpası, Xəzər hövzəsində dünyanın iri neft rayonunun kəşfi və s. ilə bağlı Azərbaysanın geosiyasi mövqeyinin əhəmiyyəti artmışdır. Yaxın vaxtlarda Rusiya və Iran dəmir yollarının Azərbaycan ərazisi vasitəsilə birləşdiriləcəyi gözlənilir. Bu məqsədlə Iran ərazisindən Astara şəhərinə qədər dəmir yol xətti çəkiliməlidir. Eyni zamanda Iran dəmir yol xətləri Pakistan və Hindistan dəmir yolları ilə birləşdiriləcək. Nəticədə Azərbaycan Avropa ilə Asiyanı bir-biri ilə birləşdirən nəqliyyat dəhlizi-koridoru olacaq. Lakin dünya okeanına birbaşa çıxışın olmaması, Ermənistanla qonşuluq təsərrüfatın inkişafına mənfi təsir göstərir. Təbii şərait dedikdə ətraf mühitin xassələrinin cəmi- ərazinin coğrafi mövqeyi, relyefi, iqlimi, daxili suları, torpaq-bitki örtüyü, heyvanat aləmi və təbii ehtiyatları başa düşülür. Təbii şərait kənd təsərrüfatına, faydalı qazıntı yataqlarının mənimsənilməsinə və nəqliyyata daha çox təsir göstərir. Azərbaycanın təbii şəraiti əlverişlidir. Lakin bəzi ərazilər — Böyük və Kiçik Qafqazın dağlıq relyefi, Qobustanın, Ceyrancölün quraq iqlimi və susuzluğu bu ərazilərin mənimsənilməsini çətinləşdirir. Kür-Araz və Lənkəran ovalığında, Abşeronda orta illik temperatur +14,50 C olduğundan burada istilik sevər bitkilər əkmək və ildə iki dəfə məhsul götürmək olar. Lakin bu ərazilərdə yağıntı ilin soyuq dövründə düşdüyündən süni suvarmaya ehtiyac var.
 
  Bugün 3 ziyaretçi (10 klik) kişi burdaydı!  
 
Get 4Shared Premium! Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol