widgets

   
  azerbaycancografiyasi
  Azərbaycanın iqlimi
 
Azərbaycanın iqlimi Azərbaycan subtropik və mülayim iqlim qurşaqlarının qovuşduğu ərazidə yerləşib. Azərbaycanın iqliminin mürəkkəb olmasına səbəb: 1. Coğrafi enlik; 2. Günəş radiasiyası; 3. Mürəkkəb relyef; 4. Müxtəlif mənşəli hava kütlələrinin Azərbaycana təsiri və s. Böyük Qafqaz şimaldan gələn soyuq hava kütlələrinin, Kiçik Qafqaz cənubdan gələn isti və quru küləklərin, Xəzər dənizi, şərqdən gələn quru və tozlu küləklərin Azərbaycana daxil olmasına mane olur. Azərbaycanla eyni coğrafi enlikdə yerləşən Pireney, Appenin, Kiçik Asiya yarımadalarında yerləşən Ispaniya, Italiya, Türkiyə dövlətlərinin iqlimi Azərbaycana oxşayır. Günəşli saatların illik miqdarı 1800-2900 saat /il olub, buludsuzluqla əlaqədar Naxçıvanın Arazboyu düzənliklərində maksimuma 2900 saat/il, buludluluğun çox olması ilə əlaqədar olaraq isə Lənkəran ovalığı və Şollar düzündə minimuma 1800-2000 saat /ilə çatır. Günəş radiasiyası 120-160 kkal/sm2 arasında dəyişir. Buludluluğun çoxluğu ilə əlaqədar dağ ətəyi və alçaq dağlıqda minimuma (120-130 kkal/sm2), Naxçıvanın yüksək dağlığında isə buludsuzluqla əlaqədar maksimuma 160 kkal/sm2-a çatır. Buludluluqla əlaqədar Lənkəran ovalığı, Şollar düzü və orta daglıqda səpələnən radiasiya; buludsuzluqla əlaqədar olaraq isə Kür-Araz, Arazboyu və Şərur-Ordubadda düz radiasiya üstünlük təşkil edir. Orta illik temperatur Kür-Arazda 14,5°C; yüksək dağlıqda isə 0°C-dan aşağıdır. Mütləq maksimum temperatur Naxçıvanda (Culfada) + 44°C; mütləq minimum temperatur Naxçıvanda (Culfada) 32°C-dir. Temperaturun illik amplitudu Naxçıvanda 600C-dan çox olur. (Kəskin kontinental iqlim tipidir) Günəşli günlərin çox olduğu Naxçıvanın Arazboyu düzənliklərində, Abşeron-Qobustan və Kür-Araz ovalığında gələcəkdə Günəş enerjisindən istifadə etmək imkanları mövcuddur.
 
  Bugün 1 ziyaretçi (14 klik) kişi burdaydı!  
 
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
Get 4Shared Premium!