widgets

   
  azerbaycancografiyasi
  Azərbaycanın faydalı qazıntıları
 
Azərbaycanın faydalı qazıntıları Azərbaycanda faydalı qazıntıların zənginliyi geoloji quruluşun mürəkkəbliyi ilə əlaqədardır. Azərbaycan mineral və aqroiqlim ehtiyatları ilə yaxşı şirin su, torpaq və meşə ehtiyatları ilə isə zəif təmin olunmuşdur. Azərbaycanın iqtisadi cəhətdən ən əhəmiyyətli təbii ehtiyatları — neft, qaz, metal filizləri, aqroiqlim və torpaqdır. Azərbaycan -neft, dəmir filizi, alunit ehtiyatına görə Zaqafqaziyada 1-ci yeri tutur. Azərbaycanın 2/3 hissəsi (70%-i) neftli-qazlıdır. Əsas yataqları Abşeron-Qobustanda, Xəzərin şelf bölgəsində, Cənub-Şərqi Şirvanda, Acınohur-Ceyrançöldədir. Azərbaycan nefti Kaynozoy yaşlı çökmə süxurlarda yayılıb. Lakin Muradxanlı (Kür-Arazda) yatağındakı neft Mezozoy erasının vulkanik süxurlarında aşkar edilib. Naftalanda — dünyada yeganə müalicəvi və yanmayan neft var. Son illərdə Xəzərdə Azəri, Çıraq, Günəşli və s. yeni neft yataqları tapılıb. Əsas qaz yataqları Qaradağ, Zirə, Gürgan, Xəzərin şelf zonası, Bakı və Abşeron arxipelaqındadır. Neft və qaz 3000 m-dən dərində hasil edilir. Ismayillı və Qobustanda yanar şist ehtiyatları vardır. Filiz faydalı qazıntılar dağıq ərazilərin maqmatik süxurlarında, K.Qafqazın şimal yamacındakı «Azərbaycan Uralındadır». Ərazinin belə adlandırılmasının səbəbi Ural dağlarında olduğu kimi burada da zəngin filiz yataqlarının olmasıdır. Burada dəmir filizi (Daşkəsən, Qafqazın ən iri yatağıdır), alunit (Zəylik, Dünyada Çindən sonra 2-ci böyük yataq), mis (Gədəbəy, Kəlbəcər), qızıl (Kəlbəcər və Zəngilanda), civə (Naxçıvan və Kəlbəcərdəki Ağyataq və Şorbulaq yataqları) mövcuddur. Azərbaycanda 3 polimetal filiz yatağı var: Gümüşlü (Naxçıvan), Mehmana (Ağdərə), Filizçay (Balakən).Naxçıvandakı Parağaçay yatağında-molibden, volfram çıxarılır. Qeyri-filiz faydalı qazıntıları düzənliklərin çökmə süxurlarında geniş yayılıb. Abşeron, Qobustan, Tovuz, Daş Salahlı, Zəyəm və Ağdamda əhəng daşı; Kəlbəcər və Şahtaxtı (Naxçıvan) travertin; Daşkəsəndə mərmər; Yuxarı Ağcakənddə gips, Tovuzda-seolit, Abşeron vəNaxçıvanda (Nehrəm) xörək duzu yataqları var. Neftçala, Mişovdağ, Babazənən, Böyükşor (Abşeronda) yodlu-bromlu su yataqları Neftçala yod-brom zavodunu xammalla təchiz edir. Mineral bulaqlar. Kəlbəcərdə Istisu; Naxçıvanda Sirab, Badamlı, Vayxır; Abşeronda Suraxanı və Sıx; Dəvəçidə Qalaalti; Qaxda Ilisu; Qubada Xaltan, Cimi, Xaşı; Şuşada Turşsu və Şırlan mineral suları var. Bundan başqa Azərbaycanda çoxlu termal (isti) su ehtiyatları da vardır. Məs. Kür-Araz ovalığında çıxan termal suların temperaturu 150°C, Istisu mineral bulağında isə 60°-80°C-dir.
 
  Bugün 1 ziyaretçi (2 klik) kişi burdaydı!  
 
Get 4Shared Premium! Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol